Nekrotizan fasiit (ət yeyən bakteriya) ingilis qadının üzünün yarısını itirməsinə səbəb olub.


Donna mətbəxdə kiçik bir qəza keçirdikdən sonra qaşının üzərində yaranan yaraya əhəmiyyət verməyib. Qəzadan 2 gün sonra üzündəki yara qaralmağa başlayıb. Üzü şişib, gözləri göyərib. Xəstəxanaya aparılan qadına tez bir zamanda diaqnoz qoyularaq əməliyyata götürülüb. Üzündən çürüyən ət kəsilərək çıxarılıb. Donnanın səhhəti əməliyyatdan sonra daha da pisləşib. Böyrək çatışmazlığı və sepsislə üzləşib. 4 gün komada qalandan sonra Donna həyata dönüb. Üzünün normal hala gəlməsi üçün 15 dəfə əməliyyat olub. Hətta bir neçə əməliyyat da keçirməlidir.
