16 C
Bakı
26 Sentyabr 2025 22:46
Dünya

“Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra bilərəm” – Donald Tramp

 

“Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə adam mənəm”.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu sabiq ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ Mühafizəkarlar Birliyinin konfransında çıxış edən Tramp həmçinin Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra biləcəyini iddia edib.
Hazırda ABŞ-ın müstəqil bir ölkə olmadığını deyən Tramp sözlərinə belə davam edib:

“Mən sizin səsinizəm, döyüşçünüzəm, ədalətinizəm. Zülmə məruz qalan və xəyanətə uğrayanlar, sizin intiqamınızam”.

Sabiq prezident xələfi Co Baydeni də tənqid edərək “Onu Ağ Evdən çıxaracağıq” söyləyib.

D.Tramp ABŞ-ın Əfqanıstandan biabırçı şəkildə çıxdığını deyərək, ölkəsinin orada qoyduğu silahları Talibanın başqa ölkələrə satdığını iddia edib.

Qeyd edək ki, D.Tramp ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Nobel Mükafatçısı Ceffri Hinton: “Süni intellekt insanlığı idarə edə bilər” – ciddi xəbərdarlıq

redaktor

“Facebook”da Trampı təhdid edən şəxs tutuldu

redaktor

Fon der Lyayen Ukraynaya daha çox tank və helikopter vəd etdi

redaktor