İctimai fəal İlkin Rüstəmzadə hazırda məhbəs həyatı yaşayan həmkarı Bəxtiyar Hacıyevin ünvanına sərt ifadələr işlədib.
Tacxeber.com xəbər verir ki, o, B.Hacıyevi müdafiə etdiyinə görə peşman olduğunu etiraf edib.
İ.Rüstəmzadə sosial şəbəkə hesabında məsələyə belə münasibət bildirib:
“Bəxtiyarı küçə söyüşləri ilə söyməmək üçün özümü zorla saxlayıram.
Adam nə qədər əxlaqsız, ləyaqətsiz və dəyərsiz ola bilərmiş, İlahi. Və ən əsası, belə bir adamı biz necə müdafiə etmişik? Bəxtiyarı müdafiə etdiyim, müdafiə etməyənləri qınadığım üçün hamınızdan üzr istəyirəm. P*x yeyib müdafiə eləmişəm. Gələn dəfə kimisə müdafiə edəndə azı 10 dəfə düşünəcəyəm. Bəxtiyarı bundan sonra müdafiə edən hər kəs elə Bəxtiyarın tayıdır. Ya əxlaqsızdır, ya da kimdənsə paket alır”.
Bununla ürəyi soyumayan ictimai fəal fikirlərini şərh bölməsində davam etdirib. O, “bu qədər zibilin içindəydin, niyə belə yekə-yekə hərəkət eləyirdin?”, “Bəxtiyar, tezliklə azadlığa çıx, səninlə haqq-hesab çəkmək üçün səbrsizliklə gözləyirik” – məzmunlu şərhlərlə fikrini davam edib.