23.7 C
Bakı
09 İyun 2026 19:41
Gündəm

Vasif Talıbovun mandatı ləğv olunur? – “Ona hələ heç bir söz deyilməyib”

Vasif Talıbovun mandatı ləğv olunur? – “Ona hələ heç bir söz deyilməyib”

 

Naxçıvan Ali Məclisinin keçmiş sədri, Milli Məclisin deputatı Vasif Talıbov mütəmadi olaraq parlamentin iclaslarına qatılmır. Qüvvədə olan qanunvericiliyə görə, onun məsələsinə intizam komitəsində baxılmalı və bu, ümumi yığıncağın müzakirəsinə verilməlidir.

V. Talıbovun illərdir Milli Məclisin binasında görünməməsinə rəğmən, onun barəsində hər hansı bir qərarın qəbul edilməməsi çoxsaylı suallar doğurur.

Parlament V. Talıbovun məsələsini niyə müzakirə etmir? Qanunvericiliyin tələbinə uyğun olaraq, keçmiş “xan”ın mandatı geri alına bilərmi?

Yenisabah.az-a açıqlamasında Milli Məclisin intizam komissiyasının sədri Eldar İbrahimov bildirib ki, hələ ki bu barədə məlumat yoxdur:

“Bununla bağlı hələ ki bir xəbər yoxdur, ola da bilməz. Əsasnamə ilə ona hələ heç bir söz deyilməyib. İndiyə qədər iki iclas olub. Onun mandatının ləğv olunub-olunmayacağı gələcəkdə müəyyənləşəcək. Gözləmək və dözmək lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Epstein qalmaqalı və kabus kimi dezinformasiya

redaktor

Türkiyə siqaretə qarşı müharibə elan etdi: siqaret satışı qadağan ediləcək

redaktor

Prezidentin səs verdiyi dairənin deputatı KİM OLDU? – FOTO

redaktor