12 C
Bakı
29 Mart 2026 01:54
Dünya

“Hər şey bir vərəqdə yazılıb…” – Putin ilk dəfə bu qorxusundan danışdı

“Əgər Qərb Rusiya Federasiyasını məhv etməyə və onun dağıntıları üzərində nəzarəti bərqərar etməyə nail olsa, rus xalqı qorunub saxlanmaya bilər. O zaman  rus xalqı yox, moskvalılar, urallılar və başqaları olacaq”.

Tacxeber.com xəbər verir ki, bunu bazar günü “Moskva. Kreml. Putin” proqramı üçün “Rossiya-1” telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

Putin bildirib ki, Qərbin bir məqsədi var:

“Rusiya Federasiyasını sıradan çıxarmaq. Rusiya yalnız bir ölkənin – ABŞ-ın maraqları naminə sülhün qurulmasının əleyhinədir. Əgər biz bu yolla getsək, mən hesab edirəm ki, Rusiyanın bir çox xalqlarının və hər şeydən əvvəl, əlbəttə ki, rus xalqının taleyi köklü şəkildə, yaxşı, əsaslı şəkildə dəyişə bilər”.

O, “Rus xalqı kimi etnik qrupun bu gün mövcud olduğu formada yaşaya biləcəyini heç bilmirəm. Moskvalılar, urallılar və s. olacaq”, – deyə əlavə edib.

Rusiya dövlətinin başçısı vurğulayıb ki, bu planlar kağız üzərində qurulub. O əlavə edib ki, Rusiya münasibətlərin qurulması şəraitində bu barədə  tərəfdaşlıq səbəbi ilə danışmamağa çalışıb:

“Amma hər şey var, hər şey yazılıb, hər şey bir vərəqdə yazılıb. Biz buna cavab verməyə məcburuq”.

Prezident onu da bildirib ki, Qərbin yeganə məqsədi Rusiyanı indiki formada sıradan çıxarmaqdır. Putinin fikrincə, Qərb ölkəni yalnız hissə-hissə “sivil xalqlar ailəsi”nə qəbul edə bilərdi.Cebhe.info

Tacxeber.com

Oxşar xəbərlər

“Rus buxar maşını” Ukraynada nəhəng itkilərə məruz qalıb

redaktor

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

redaktor

İsraildə HƏMAS liderinin bacısı saxlanıldı.

admin