19 C
Bakı
20 İyun 2025 05:28
Hadisə

Çəkilişlərdə halı pisləşən məşhur aktyor vəfat etdi – FOTO

 

Türkiyənin tanınmış aktyoru Muhlis Asan dünən axşam saatlarında vəfat edib.

Tacxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, keçən ay film çəkilişlərində halı pisləşən 65 yaşlı aktyor infarkt keçirib.

Dərhal xəstəxanaya çatdırılan film ulduzu reanimasiyaya yerləşdirilib və vəziyyəti uzun müddət ağır olaraq qalıb.

Xatırladaq ki, Muhlis Asan karyerasına 1985-ci ildə “Kaşık Düşmanı” adlı ekran işi ilə başlayıb. O, bu günə qədər bir çox tamaşa və filmlərdə müxtəlif obrazlar yaradıb.

Onu da bildirək ki, Muhlis Asan rol aldığı “Aşka geldik” filmində azərbaycanlı həmkarı Fərda Xudaverdiyevlə birlikdə çəkilib.

Oxşar xəbərlər

Avtobus zolağında “bazar”: Ölmədik, bu günü də gördük! – FOTO

admin

İsrail həbsxanalarında iğtişaşlar – Mübhəm ölüm

redaktor

Türkan Gündüzün əri ifadə verdi

redaktor