Gündəm

Alatava söküləcək – İcra başçısından mühüm açıqlama

 

Alatava 1 qəsəbəsində (Alatava 1 – Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib.

Tacxeber APA-ya istinadla xəbər verir ki, bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işəri başlayacaq:

“Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamladıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”.

Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binalar inşa olunacağını qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Avropadan biri bura gəlsə, elə bilər ki, gey klubdur…”

redaktor

Kovboy filmlərinin ulduzu vəfat edib – FOTO

redaktor

Bir nəfər aksiya iştirakçısı polis maşınına ziyan vurduğuna görə saxlanılıb – DİN

admin