16 C
Bakı
26 Sentyabr 2025 02:52
Digər

Space TV-nin formatı dəyişir – Tanınmış aparıcı açıqladı

 

Space TV-də növbəti dəfə ayrılıq olub.

Tacxeber.comxəbər verir ki, bu dəfə televiziyadan ayrılmağa qərar verən şəxs tanınmış aparıcı Turan İbrahimovdur.

“Space TV- dən gedirəm. İki həftə əvvəl verdiyimiz qərardır.
Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verlişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verilişlə efirdə olmaq istəmirəm.
Başda dostumuz Vado Korovin olmaqla yeni komandaya uğurlar arzulayıram”,-deyə o bildirib.

Qeyd edək ki, televiziyada format dəyişikliyi olacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, fevralın 7-də Space Müstəqil Teleradio Şirkətinin direktoru Müşfiq Hətəmov vəzifəsindən uzaqlaşdırılıb və onun yerinə “Parni iz Baku” KVN komandasının aktyoru Vado Karovin təyin olunub.

V.Karovin vəzifəyə başladıqdan sonra “Hər Gün” xəbərlər xidmətinin müdiri Elman Gədiklini vəzifəsindən azad edərək onun yerinə tanınmış xəbər aparıcısı Elman Bakuvini təyin edib.

Bundan əlavə, televiziyadan ayrılanlar arasında tanınmış jurnalist ve televiziya aparıcısı Kamil Eldaroğlu (Balakişiyev) və TV-nin bədii rəhbəri, rejissor İman Məcidov da var.

Tacxeber.com

Oxşar xəbərlər

DİN-dən Bakıda satıldığı iddia edilən körpə ilə bağlı AÇIQLAMA + FOTO

admin

Beş nəfərin sonunu gətirən 8 – Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

redaktor

Asim Mollazadənin yalan açıqlaması: Turistlərin Azərbaycana gəlməsi üçün təyyarələr, qatarlar fəaliyyətdədir

admin