10 C
Bakı
26 Mart 2026 01:45
Hadisə

Bakıda taksi sürücüsü məktəbli qıza görün nə dedi: DİN araşdırmağa başladı – FOTO

 

Bakıda taksi sürücüsünün məktəbli qıza qarşı etdiyi hərəkətlə bağlı sosial şəbəkədə məlumat yayılıb.

Tacxeber.com Avtosfer.az-a istinadən xəbər verir ki, məlumatı məktəblinin atası verib. O bildirir ki, uşağı məktəbə “Bolt” taksi şirkətinə məxsus 50-CJ-994 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə göndərib. Sürücü yolda məktəbliyə “sevgilin var?” – deyərək söhbət etməyə başlayıb. Məktəbli evə döndükdən sonra olanları anasına danışıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlamasında bildirib ki, məsələ nəzarətə götürülüb, nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

admin

Məşhur istirahət mərkəzi “Atlant”ın sahibi həbsə gedir – ŞOK İFADƏ VERİLDİ

redaktor

Çeçenistanda təyyarə qəzası ilə əlaqədar matəm elan edildi.

admin