Dünya

Osmaniyədə bir ailə tutuquşu sayəsində zəlzələdə sağ qalıb – VİDEO

 

Osmaniyədə bir ailə evlərində saxladıqları tutuquşunun sayəsində zəlzələdən sağ qurtula biliblər.

Tacxeber.com bizim.media-ya istinadən bildirir ki, ailənin üzvü Mustafa Çimen zəlzələnin baş verdiyi gecəni belə xatırlayıb:

“Zəlzələdən yarım saat əvvəl gecəydi, tutuquşu qəribə səslər çıxartmağa başladı. Quşun olduğu otaqda işıq da yanmırdı. Tutuquşu qanadlarını çırparaq qəfəsdə çırpınırdı”.

Məhəbbət quşu Mavişin çıxardığı səslərə yuxudan oyanan ailə üzvləri özlərini evdən bayıra atıblar. Bu sayədə onlar zəlzələnin fəsadlarından qoruna biliblər.

Həmin görüntüləri təqdim edirik.

 

Oxşar xəbərlər

Qadın şəri alınmadı, casusluq ittihamı verdilər – Assanjın xidmətinin bədəli

admin

Sənət yoxsa təslimçilik?

redaktor

Kanadalılar Maskın vətəndaşlığının ləğvi üçün imza toplayır

redaktor