22.6 C
Bakı
29 İyun 2026 08:43
Dünya

Türkiyədə rusiyalı xilasedicilər dağıntılar altından 150 min dollar tapdılar – FOTO

 

Rusiyalı xilasedicilər Türkiyədə yaşayış binasının dağıntıları altından 150 min dollar tapıblar.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

“Rusiya xilasediciləri axtarış-xilasetmə əməliyyatları zamanı Türkiyədə yaşayış binasının dağıntılarını təmizləyərkən külli miqdarda pul tapıblar”, – deyə məlumatda qeyd edilib.

Xilasedicilər bildiriblər ki, daha bir dağıntı təbəqəsini qaldırdıqları zaman içərisində yüz dollarlıq əsginaslarla dolu qazan aşkar ediblər.

Bildirilib ki, qazandakı məbləğ 150 min dollar olub. Pullar yerli polisə təhvil verilib.

Tacxeber.com

 

Oxşar xəbərlər

Qarabağda döyüşdüyünə görə Ukrayna həbs olunan Azrbaycan döyüşçüsü.

admin

Putindən ƏMR: Nüvə bombasına bənzər SİLAHLA HÜCUM – DAĞIDACAĞIQ!

redaktor

“28 bəndlik sülh planı”

redaktor