23 C
Bakı
02 İyul 2025 08:06
Dünya

Türkiyədə rusiyalı xilasedicilər dağıntılar altından 150 min dollar tapdılar – FOTO

 

Rusiyalı xilasedicilər Türkiyədə yaşayış binasının dağıntıları altından 150 min dollar tapıblar.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” kanalında məlumat verilib.

“Rusiya xilasediciləri axtarış-xilasetmə əməliyyatları zamanı Türkiyədə yaşayış binasının dağıntılarını təmizləyərkən külli miqdarda pul tapıblar”, – deyə məlumatda qeyd edilib.

Xilasedicilər bildiriblər ki, daha bir dağıntı təbəqəsini qaldırdıqları zaman içərisində yüz dollarlıq əsginaslarla dolu qazan aşkar ediblər.

Bildirilib ki, qazandakı məbləğ 150 min dollar olub. Pullar yerli polisə təhvil verilib.

Tacxeber.com

 

Oxşar xəbərlər

Bu ölkə Ukraynaya 8 milyon ayırdı

redaktor

2023-cü ilin ən güclü orduları açıqlandı

admin

Makron biabır oldu: Yoxsulluqdan danışarkən, 80 min avroluq saatını…

redaktor