10 C
Bakı
13 Mart 2026 14:34
Sağlamlıq

Limfa düyünləri nədir, onların quruluşu və böyüməsi

Limfa düyünləri kapsullu limfoid orqan olub orqanizmin hər tərəfində yerləşir. Limfa düyünləri lobya formasında olub ölçüləri 0,5 – 1,5 sm olur. Limfa düyünləri orqanizmdə simmetrik yerləşir, qabıq və beyin hissədən ibarətdir. Limfa düyünlərinin kapsulunda daxilə doğru follikullar yaradan trabekullar keçir.

Limfa düyünlərinin qabıq təbəqəsi 2 qabıq zonadan ibarətdir(kortikal və parakortikal). Burada limfositlər yerləşir və proliferasiyaya uğrayır. Proliferasiya prosesi isə adətən 1 həftədən sonra rüşeym mərkəzində başlanır.
Limfa düyünlərinin daxilində hüceyrələr yerləşir. Bu hüceyrələr virus və mikroblara qarşı aktivləşən makrofaqlardır. Limfa düyünləri çənə altı nahiyədə, boyun, qoltuq altı, qasıq, nazik bağırsaq və döş böşluğunda yerləşir. Normal halda limfa düyüləri böyümür və əllənmir. Onları hiss etmək mümkün olmur. Limfa düyünlərinin böyüməsi aşağıdakı hallarda baş verir:
– İnfeksion xəstəliklər
– bakteriya və virus infeksiyaları
– yuxarı tənəffüs yollarının iltihabı xəstəlikləri
– qızılca
– su çiçəyi
– herpes
– adenovirus və s.

Tacxeber.com

Oxşar xəbərlər

Böyrəklərə ziyan vuran vərdişlər

redaktor

Xorultu və mədə yanmasını azaltmaq üçün hansı tərəfdə yatmaq lazımdır?

redaktor

İnfarkt və insult müalicəsində İLK – Dünyanın ən təhlükəli hörümçəyinin zəhəri…

redaktor