23 C
Bakı
29 Sentyabr 2026 23:52
Dünya

Amerikalı general: “Vurulmuş naməlum obyektlərin yadplanetli mənşəyi istisna edilmir”

 

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığına (NORAD) başçılıq edən ABŞ Hərbi Hava Qüvvələrinin generalı Qlen Vanherke son bir neçə gündə ABŞ və Kanada hava məkanında görünən naməlum obyektlərin yadplanetli mənşəyini istisna etmədiyini bildirib.

O, müvafiq suala belə cavab verib: “Mən kəşfiyyat və əks-kəşfiyyat idarəsinə bunu araşdırmağa icazə verəcəyəm. Mən heç nəyi istisna etmirəm”, – deyə o, Pentaqonun brifinqində bəyan edib.

“Hazırda biz Şimali Amerikaya yaxınlaşan hər bir naməlum təhlükəni və ya potensial təhlükəni qiymətləndirməyə davam edirik, onu müəyyən etməyə çalışırıq”, – NORAD rəhbəri bildirib.

ABŞ Müdafiə Nazirliyindəki adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, indiyədək hərbçilər qeyd olunan naməlum obyektlərin heç birinin yerdən kənar mənşəli olduğuna dair hər hansı bir sübut görməyiblər.//oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın növbəti Tu-95 strateji bombardmançı təyyarəsi qəzaya düşüb

admin

Ukrayna cəbhəsi barədə…

redaktor

Qubad İbadoğluna azadlıq, bütün siyasi məhbuslara azadlıq!

redaktor