27 C
Bakı
10 Avqust 2025 03:02
Cəmiyyət

Zəlzələdə sağ qalmaq üçün nə etməli və ev alarkən nəyə fikir verməli? – Ekspert

“Hündürmərtəbəli binalarda iki divar olur – daşıyıcı ana və çöl divarlar. Hər bir şəxs ev alarkən ora daşınanda, yaxud da işlədiyi yerdə mütləq bilməlidir ki, əsas ana divarlar mənzilin harasında yerləşir. Ana divaların arasında digər otaqlara keçid varsa, zəlzələ zamanı orada durmaq lazımdır. Evin çöl pəncərələrinə yaxın dayanmaq məsləhət deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında inşaat məsələləri üzrə ekspert Elnur Əsədov zəlzələ zamanı insanların sağ qalması ehtimallarının hansı halda yüksək olmasından danışarkən deyib.

Ekspert zəlzələ baş verən anda dərhal evin çıxış qapısını açmağın vacibliyini vurğulayıb:

“Zəlzələ vaxtı evin çıxış qapıları dəmir olduğundan deformasiyaya uğrayır, dəmir əyilir və mənzildən çıxmaq olmur. Əgər mənzil aşağı mərtəbədə yerləşirsə, orada yaşayanlar rahat şəkildə mənzili tərk edə bilər. Yuxarı mərtəbələrdə yaşayanların mənzili tərk etmək kimi şansları yoxdur. Ona görə də hündürmərtəbəli binalarda yaşayanlar mütləq evin daxilində olan daşıyıcı ana divara yaxın durmalıdır. Yaxşı olar ki, ana divardan digər otağa keçidin altında dayansınlar. Daşıyıcı divarlar başqa divarlardan fərqlənir, enli olur. Belə olan halda insanların sağ qalması mümkündür”.

Mühəndis deyir ki, binalarda ara divarlar nazik olur və onlar tez dağılır:

“Ara divarlar tez uçduğundan insanların onun altında qalması ehtimalı yüksəkdir”.

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan Dəmir Yolları”ndan yarımçıq hesabat və 100 milyonluq zərər

admin

FHN-dəki intim qalmaqal: Videodakı xanımla bağlı YENİ FAKTLAR

admin

Sağlamlıq arayışı 40 manat oldu: Poliklinikalarda narazılıq – Rəsmi açıqlama

admin