Dünya

Novxanıdakı məşhur villa satışa çıxarıldı – 6.5 milyon qiymət qoyuldu + FOTO

Novxanıdakı məşhur villa satışa çıxarıldı - 6.5 milyon qiymət qoyuldu + FOTO

 

 

Abşeron rayonunun Novxanı qəsəbəsində heykəllərlə bəzdilmiş məşhur dəbdəbəli villa satılır.

Satış qiyməti 6 500 000 manatdır. Bununla bağlı elanda qeyd edilib ki, real alıcıya endirim olacaq.

Məlum olur ki, villa 45 sot ərazinin içində inşa edilib. Sahəsi 1500 kvadrat metrdir. 4 mərtəbəli villada idman zalından tutumuş, 40 nəfər üçün nəzərdə “disko klub”a qədər var. Həmçinin villanın həyətində ümumi dəyəri 200 000 dollar olan heykətarşlıq nümunələri yerləşir.

Bu villa bir müddət öncə medianın gündəmində olub. Dəbdəbəli evin hansısa məmura məxsus olması barədə iddialar səsləndirilib. Lakin sonradan Bəxtiyar adlı şəxs evin sahibi olduğunu bəyan edib. O, mediaya açıqlamasında iş adamı olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev üçün təhlükəsizlik təminatları və Çinin nüvə silahı çağırışı

admin

Tramp Putinin Krım körpüsünə hücumdan necə qəzəbləndiyini təsvir etdi

redaktor

Putin: “Bundan sonra nə olacağını yalnız Allah bilir”

redaktor