Gündəm

Dağıntı altında qalmış Şahin Vəliyevin anası danışdı: “Oradadır, betonu dağıda bilmirlər”

 

“Sosial şəbəkələrdə oğlumun cansız bədəninin tapılması barədə yayılan xəbər yalandır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qaldığı bildirilən azərbaycanlı tələbə Şahin Vəliyev anası Esmira Hüseynova deyib.

O bildirib ki, oğlunun dağıntılar altından çıxarılması xəbəri doğru deyil:

“Hazırda qardaşım və dağıntılar altında qalan tələbələrdən biri – Gündüz Nəzərzadənin qardaşı hadisə yerindədirlər. Oğlum və digər tələbələr hələ də dağıntılar altındadır. Onların olduğu yerdə betonu dağıda bilməyiblər. Hadisə yerinə Çin xilasediciləri cəlb olunub. Allahın köməyi ilə sağ-salamat çıxarlar”.

Tacxeber.com

Oxşar xəbərlər

Şəffaflıq kölgəsində liderlik: “Avromed”i böyüdən “Paşayev” izi

admin

Foromüsabiqəmizdə siz də iştirak edin və 200 man qazanın .

admin

Rusiya “Pasxa” bayramı ilə əlaqədar Ukraynada hərbi əməliyyatları dayandırdı

admin