26 C
Bakı
27 Sentyabr 2026 13:57
DinDünya

İsveçdə “Quran”ın yandırılmasına icazə verilmədi

İsveçdə müqəddəs “Qurani-Kərim”in yandırılmasına icazə verilməyib.

Bu barədə “SVT Nyheter” nəşri İsveç polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, təxribatçı şəxs kitabı fevralın 9-da saat 12-də Türkiyə səfirliyinin önündə yandırmaq istəyib. Polis aksiya üçün müraciət edən şəxsin bundan əvvəl eyni təxribatı edən Rasmus Paludan olmadığını qeyd edib.

Qeyd olunur ki, polis aksiyanın keçiriləcəyi təqdirdə ictimai asayişin və təhlükəsizliyin təmin oluna bilməyəcəyini vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə “Osmanlı” deyil, Azərbaycan da “Krım xanlığı” deyil!

redaktor

Fatih Altaylıdan kritik sual: Niyə hədəf həmişə Azərbaycandır?

redaktor

Azərbaycan və Türkiyə arasında İsrail seçimi yoxdur!

redaktor