26 C
Bakı
12 Sentyabr 2026 15:30
Dünya

Rusiyalı iş adamı Almaniyada hava limanını satın aldı

 

Almaniyada Nürburqrinq yarış trekinin sahibi olan “NR Holding” kompaniyası müflisləşən Frankfurt-Han hava limanını satın alıb. Reynland-Pfalts federal əyalətində yerləşən bu hava limanı üçün təxminən 20 milyon avro ödənilib.

Bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “NR Holding”in arxasında rusiyalı biznesmen Viktor Xaritonin dayanır.

Bildirilir ki, notariat müqaviləsi artıq imzalanıb və pul vəsaiti hesaba köçürülüb.

Həmçinin qeyd edilir ki, Xaritoninin adı Aİ-nin sanksiyalar siyahısında yoxdur.//oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

Husilər Perimi ələ keçirib: Hərəkat əsas dəniz yoluna nəzarəti ələ keçirib

redaktor

Fazil Qasımov: “Həbsxana girovluğundan azad olmağım üçün mənə kömək edin”

admin

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər Donanmasına məxsus gəmini məhv edib

redaktor