11 C
Bakı
27 Mart 2026 19:51
Dünya

Rusiyalı iş adamı Almaniyada hava limanını satın aldı

 

Almaniyada Nürburqrinq yarış trekinin sahibi olan “NR Holding” kompaniyası müflisləşən Frankfurt-Han hava limanını satın alıb. Reynland-Pfalts federal əyalətində yerləşən bu hava limanı üçün təxminən 20 milyon avro ödənilib.

Bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “NR Holding”in arxasında rusiyalı biznesmen Viktor Xaritonin dayanır.

Bildirilir ki, notariat müqaviləsi artıq imzalanıb və pul vəsaiti hesaba köçürülüb.

Həmçinin qeyd edilir ki, Xaritoninin adı Aİ-nin sanksiyalar siyahısında yoxdur.//oxu.az

Tacxeber.com

Oxşar xəbərlər

Trampın Qəzza planı: Ölkəni tərk edənlərə 5 min dollar veriləcək

redaktor

Anasının dəfnində Mahsun Kırmızıgül xoşagəlməz anlar yaşadı.

admin

Alyaska görüşü birmənalı şəkildə Tramp və ABŞ üçün fiaskodur.

admin