Hadisə

“Məni lağa qoyurdu, mən də…” – Ağsunun icra başçısı məhkəməyə verildi

 

Ağsuda icra başçısı ilə bələdiyyə sədri arasında gərginlik yaşanıb.

Ağsu rayon Gəgəli bələdiyyəsinin sədri Fariz Xəlilli Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovu məhkəməyə verib. O, məhkəməyə Cinayət Məcəlləsinin 148-ci (Təhqir) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət verib. F.Xəlilli ona dəymiş mənəvi ziyanın ödənilməsi üçün icra başçısından 30 min manat təzminat istəyib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən bələdiyyə sədri Fariz Xəlilli bildirib ki, icra başçısı onun gördüyü işləri məsxərəyə qoyduğu üçün bu addımı atıb:

“Bir müddət əvvəl Gəgəli kəndində icra başçısı Rövşən Bağırovun səyyar görüşü keçirilmişdi. Görüşdə bələdiyyə ilə bağlı məsələlər müzakirəyə çıxarılanda Rövşən Bağırov öz səlahiyyətlərinə aid olmayan məsələlərə münasibət bildirdi və bələdiyyənin gördüyü işləri lağa qoydu. Mən də məhkəməyə şikayət verdim. Dünən məhkəmə prosesi keçirildi. Mən şahidlərin adlarını düzgün qeyd etməmişdim.

Sənədlərdə uyğunsuzluq olduğu üçün məhkəmə təxirə salındı. Növbəti günlərdə yenidən şikayət edəcəm”.

Tacxeber.com

Oxşar xəbərlər

Bakı – Qazax qatarına 162 manata bilet qiyməti.

admin

Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

admin

Bakıda məşhur yaşam kouçu plastik əməliyyatın qurbanı oldu

redaktor