29 C
Bakı
13 Avqust 2025 12:14
GündəmKriminal

Bakıda polis rəisinin qardaşı ofisə basqın edib

 

Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.

Tacxeber.com bakupost.az- a istinadən xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.

Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.

Məlumata görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.

Tacxeber.com

Oxşar xəbərlər

“Biz burada kosmonavt yetişdirmirik, belə tədris yükü olar?” – Təhsil ekspertindən ETİRAZ

admin

Generalın oğlunun nəşi Bakıya gətirilir – Təffərüatı

admin

AXCP funksioneri narkotik ittihamı ilə saxlanılıb

admin