24 C
Bakı
12 Sentyabr 2026 12:24
Dünya

Kadırov “xalqın atası” olur

 

Çeçenistan parlamenti respublikanın konstitusiyasına dəyişiklik edilməsini və regionun rəhbəri Ramzan Kadırovun vəzifəsinə “Mekhan Da” (xalqın atası) titulunun əlavə edilməsini təklif edib.

Tacxeber.com lent.az-a istinadla bildirir ki, qanun layihəsinə əsasən, region rəhbərinin səlahiyyətlərini müəyyən edən 63-cü maddəyə dəyişiklik etmək istənilir. Sənəddə deyilir: “Birinci abzas “Çeçenistan Respublikasının başçısı” sözlərindən sonra “Mehkan da” sözləri ilə əlavə edilsin. Dəqiqləşdirmələrə görə, bu ifadə hərfi mənada “torpaq atası” kimi tərcümə olunsa da, “xalqın atası” mənasında işlənir.

Qanun layihəsinin təşəbbüskarları 20 deputat, o cümlədən respublika parlamentinin sədri Maqomed Daudov olub.

Tacxeber.com

Oxşar xəbərlər

Husilər Perimi ələ keçirib: Hərəkat əsas dəniz yoluna nəzarəti ələ keçirib

redaktor

Fazil Qasımov: “Həbsxana girovluğundan azad olmağım üçün mənə kömək edin”

admin

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Xəzər Donanmasına məxsus gəmini məhv edib

redaktor