21 C
Bakı
20 Oktyabr 2026 13:14
Dünya

Zelenski silah istəyir: “Vəziyyət çox ağırdır”

 

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yeni silah tədarükünə ehtiyacı olduğunu açıqlayıb.

Zelenski xalqa müraciətində Donetsk vilayətinin şərq hissəsində vəziyyətin ağır olduğunu etiraf edib.

O, Rusiyanın hücumlarının qarşısını almaq üçün ölkəyə sürətli şəkildə yeni silahların çatdırılmasına ehtiyac olduğunu bildirib.

“Vəziyyət çox çətindir. Baxmut, Vuhledar və Donetsk vilayətləri Rusiya qoşunlarının daimi hücumu altındadır. Rusiya istəyir ki, müharibə uzansın və qüvvələrimizi tükəndirsin. Ona görə də silaha ehtiyacımız var. Biz tədarükləri sürətləndirməli və Ukrayna üçün yeni silah imkanları açmalıyıq”, – deyə Zelenski vurğulayıb.  (Yenisabah.az)

Tacxeber.com

Oxşar xəbərlər

Savaş böyüyəcək…

redaktor

Zalımın ən ağır cəzası ölüm deyil, ədalət qarşısında cavab verməkdir

redaktor

Respublikaçılar Trampa qarşı…

admin