30 C
Bakı
09 Avqust 2025 21:26
Din

“Bu hadisə Azərbaycan xalqının hiddətinə səbəb olub“ – Hacı Şahin

“Bu hadisə Azərbaycan xalqının hiddətinə səbəb olub“ - Hacı Şahin

 

“İran dövləti məsuliyyət daşıyır”.

Tacxeber.comxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

“Xarici ölkə ərazisində olan səfirliklərimiz Azərbaycan ərazisi sayılır. Yəni, igidimiz torpağımızı qorumaq uğrunda şəhadətə qovuşdu. Dua edirik ki, şəhidimiz Allah qatında ən uca məqamlara çatsın. Mənə bu səadət nəsib oldu ki, şəhidimizin cənazə namazını qıldım. Heç şübhəsiz ki, bu hadisə həm də Azərbaycan xalqının hiddətinə səbəb olub. Bu hadisə ümumiyyətlə nadir görünən hadisədir. Buna görə də İran dövləti məsuliyyət daşıyır. Çünki onun ərazisində olan səfirliklərin və elçilərin qorunması həm beynəlxalq hüquqla vəzifədir, həm də dini vəzifədir. Azərbaycan xalqı hadisənin hərtərəfli araşdırılmasını və cinayətkarın layiqli cəzasına çatmasını tələb edir”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Əl-Nəsr” fantastik təklif etdi, Ronaldo razılaşdı

admin

“Quranda elə şeylər var ki, adama qəribə gəlir” – Qalmaqallı açıqlama

redaktor

İnsanlar öldüyü zaman ayaq barmaqları niyə bağlanılır? – Dəhşətli SƏBƏB

redaktor