27 C
Bakı
10 Avqust 2025 00:35
Siyasət

Tehran iz azdırır – Hücumdan dərhal sonra rəis dəyişdirildi

 

İranın Baş Polis Komandanı Əhmədrza Radanın əmri ilə Sərdar Məhəmmədian Tehranın polis komandanı vəzifəsinə gətirilib.

Tacxeber.com Axar.az-a istinadla xəbər verir ki, Tehranın polis komandiri Hüseyn Rəhimi isə polis komandanlığının İqtisadi Təhlükəsizlik bölməsinin rəhbəri təyin edilib.

Tehran polisinə rəhbər təyin edilən Məhəmmədian Əlburz vilayətinin polis rəisi və Tehran Kəşfiyyat Polisinin keçmiş rəhbəri olub.

Qeyd edək ki, komandirin dəyişdirilməsi Azərbaycan səfirliyinə hücumdan dərhal sonra baş verdiyi üçün bunu H.Rəhiminin guya hadisəyə görə “cəzalandırılması” kimi təqdimetmə cəhdi uğursuzdur. Belə ki, H.Rəhimi vəzifədən azad edilməyib, sadəcə, yeri dəyişdirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Məşhur erməni general təşvişə düşdü: “Bilirəm ki, Bakı məni də tələb edəcək.

admin

Etibar Əliyevin evini Ramiz Mehdiyevin kürəkəni alıbmış – General 3 milyonluq sövdələşmədən danışdı

redaktor

Daha bir seçki məntəqəsində pozuntular AŞKARLANDI

redaktor