16 C
Bakı
27 Sentyabr 2025 02:00
Dünya

Müdafiə naziri qadınların hərbi xidmətə çağırılmasını təklif etdi

 

Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jesen hesab edir ki, qadınların hərbi xidmətə cəlb olunmasına ehtiyac var.

Tacxeber.com xəbər verir ki, kişilərin məcburi hərbi xidmət müddətinin uzadılmasını da təklif edən müdafiə nazirinin sözlərinə görə, Danimarkanı hərbi təhlükədən qorumaq üçün bu addımların atılması zəruridir.

Ukraynadakı münaqişəni misal çəkən nazir TV2 kanalının efirində “Biz krallığı, Baltik dənizi regionunu qorumağı bacarmalıyıq” deyib.

Nazir yekunda vurğulayıb ki, hazırda Danimarka 44 Leopard zirehli texnikası ilə silahlanıb, onların üçdə biri NATO kontingentinin tərkibində Baltikyanı ölkələrə göndərilib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu tarixlərdə geomaqnit qasırğası olacaq

redaktor

İran İsrailin xeyrinə casusluqda ittiham olunan dörd nəfəri EDAM ETDİ

redaktor

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

redaktor