Hadisə

“İmamzadə kompleksi”ndə intihara cəhd etdi

Gəncədə 56 yaşlı qadın “İmamzadə kompleksi”ndə intihara cəhd edib.

Tacxeber.com-ın qafqazinfo-ya istinadən məlumatına görə, 1967-ci il təvəllüdlü şəhər sakini M.Paşayeva dini abidə kimi tanınan kompleksə gəlib. Həmin ərazidə 3 litr sirkə içərək özünü öldürmək istəyib.

Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində qadın xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.

Faktla bağlı şəhər prokurorluğundap araşdırma aparılır.

Qeyd edək ki, “İmamzadə kompleksi” qədim Gəncə ərazisində yerləşən və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğuna daxil olan dini memarlıq kompleksidir. Tikili VIII əsrə aiddir.

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev üçün təhlükəsizlik təminatları və Çinin nüvə silahı çağırışı

admin

BDU dosentinin intiharı… Bəzi suallar və qənaətlər

redaktor

Gürcüstana aparılmaq üçün kökündən çıxarılan nəhəng ağaclar müsadirə olunub

admin