12 C
Bakı
28 Mart 2026 20:33
Dünya

Ronaldonun sevgilisi geyimiylə ərəbləri heyran etdi – FOTOLAR + VİDEO

 

 

Səudiyyə Ərəbistanında Yaxın Şərqin simalarının təltif edildiyi “Joy Awards” tədbiri keçirilib.

Tacxeber.com xəbər verir ki, gecədə ən çox müzakirə edilən adlarından biri də Krişitano Ronaldonun sevgilisi Corcina Rodrigez olub. Portuqaliyalı superulduzun “Əl Nəsr”ə transferindən sonra yerli mədəniyyətə tez uyğunlaşan argentinalı model mərasimdə xeyli diqqət çəkib.

O, mürəkkəb və bir o qədər dəbdəbəli geyimi ilə hər kəsi valeh edib. Səudiyyə Ərəbistanlı izləyicilər emosiyalarını sosial şəbəkələrdə müxtəlif formada paylaşıblar:

“Onun adət-ənənələrimizə hörmət göstərməsi xoşuma gəlir. Corcina təvazökar geyinir, amma yenə də heyrətamiz görünür.”

“Məni daha çox sevindirən şeyin nə olduğunu bilmirəm – Corcinanın Səudiyyə Ərəbistanındaolması, yoxsa Ronaldonun”.

“Onun öz imicində adət-ənənələrimizə hörməti və yüksək üslubu necə birləşdirməyi bacarması heyrətamizdir. Mən həqiqətən ümid edirəm ki, Corcina regionumuzda qadınlara münasibətə müsbət təsir göstərəcək”.

Qeyd edək ki, Kriştiano Ronaldo yeni komandasındakı debüt oyunu ilə əlaqədar olaraq tədbirə qatıla bilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Mask Apple-ı məhkəməyə vermək istəyir

redaktor

Ukraynanın işğalına aparılmayan rusiyalı özünü bıçaqladı

redaktor

Ukrayna Kurskda hücuma keçdi: Şiddətli döyüşlər gedir.

admin