Dünya

54 ilin rekord soyuğu qeydə alındı

 

Çinin şimalındakı Mohe şəhərində 53 dərəcə şaxta ilə son 54 ilin ən soyuq günü yaşanıb.

Tacxeber.com BBC-yə istinadla xəbər verir ki, Rusiya ilə sərhəd olan Mohedə yanvarın 12-də havanın temperaturu mənfi 53 dərəcə olub.

Qeyd edək ki, Çinin Şimal Qütbü kimi tanınan Mohedə qış mövsümü 8 ay davam edir.

Xatırladaq ki, sonuncu dəfə Mohedə 1969-cu ildə qeydə alınan rekord şaxta mənfi 52.3 dərəcə olmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər

Vanqadan gələcəyə qorxunc proqnoz: Dünyanın “mütləq qiyaməti” bu tarixdə olacaq

redaktor

Trampın kart sevgisi…

admin

Belçika müdafiə naziri: Rusiya NATO-ya qarşı “yaşıl adamlar” ssenarisi ilə hücum edə bilər

redaktor