16 C
Bakı
26 Sentyabr 2025 05:36
Gündəm

Tofiq Yaqublu azadlığa buraxıldı

 

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun inzibati həbs müddəti başa çatıb və o, bu gün azadlığa buraxılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.

O əlavə edib ki, atası xəstəxanadan çıxıb və evə doğru gəlir.

Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə inzibati qaydada həbs olunub.

O, həbs müddətində aclıq aksiyası keçirirdi və xəstəxanaya yerləşdirilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Vasif Talıbovun federasiya rəhbəri olan oğlu bu sualdan yayındı – VİDEO

redaktor

Antalyada sahibi ilə birlikdə dənizə girən eşşək boğuldu – FOTOLAR

admin

“Bitcoin”inin 125.000 dollara çatacağı tarixi açıqlandı

admin