29 C
Bakı
16 Avqust 2026 13:01
Mədəniyyət

Nazirlikdən Tünzalə Əliyeva açıqlaması: “Xərcləri qarşılayacağıq”

Əməkdar artist Tünzalə Əliyevanın vida mərasimi və dəfn xərclərini Mədəniyyət Nazirliyi qarşılayacaq.

Tacxeber.com xəbər verir ki, bu barədə APA-ya aktrisanın ailə dostu Yusif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi sabah saat 11-də Heydər məscidində təşkil olunacaq: “Sabah Heydər məscidində vida mərasimi olacaq. Ondan sonra dəfn üçün “Qurd qapısı” qəbiristanlığına aparılacaq. Onu da qeyd edim ki, bütün vida və dəfn xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq. Mən bütün sənət dostlarımız adından bu təşəbbüs üçün Mədəniyyət Nazirliyi rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, Əməkdar artist Tünzalə Əliyeva bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Tacxeber.com

Oxşar xəbərlər

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor

Rafiq Tağı və susan cəmiyyət

redaktor