Dünya

Rusiyanın səyahət gəmisi Amasra limanına çırpıldı – FOTO

 

Rusiyadan yola çıxan və İstanbuldan keçməklə Amasra limanına gələn “Astoria Grande” adlı səyahət gəmisi limana çırpılıb.

Qəzaya güclü küləyin səbəb olduğu bildirilir.

İki gün əvvəl Rusiyanın Soçi şəhərindən yola düşən və göyərtəsində 385 nəfər rusiyalı turist və 283 personalın olduğu Panama bayraqlı gəmi səhər saatlarında limana yan almağa çalışıb.

Saatda 40 kilometr sürətlə əsən külək səbəbindən gəminin yan hissəsi limandakı estakadalara çırpılıb.

Nəticədə səkkiz estakadaya ziyan dəyib. Gəmi isə limana lövbər sala bilməyib, sərnişinləri və işçi heyəti ilə birlikdə dənizdə gözləməli olub. Dalğıclar tərəfindən zərərin qiymətləndirilməsi işlərinə başlanılıb.

Sahil təhlükəsizlik qrupları ətrafda təhlükəsizlik tədbirləri görüblər.

Mənbə: Haber Global

Oxşar xəbərlər

“Vardanyan elə bir şey deyib ki, Bakı onu buraxmayacaq” – Baqdasaryan

redaktor

Avtoritar rejimlərin uzunömürlülük sirri nədədir?

admin

İlon Mask yeni siyasi partiya yaratmaq planlarından imtina edib

redaktor