28 C
Bakı
11 Avqust 2025 20:07
Siyasət

Yaqub Eyyubovun oğlunun bankdakı bir milyard dolları donduruldu

 

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına stop qoyulub.

Tacxeber.com “Unikal.az”a istinadən xəbər verir ki, Yaqub Eyyubovun ölkədən çıxararaq Latviyanın paytaxtı Riqa şəhərindəki bankda oğlunun adına qoyduğu bir milyard dollar vəsait dondurulub.

Qeyd edilir ki, Yaqub Eyyubov baş nazirin birinci müavini kimi hökumətin Silahlı Qüvvələrə nəzarət edən mühüm şəxsidir. O hərbi təlimlərdə, eləcə də bir sıra yoxlama-nəzarət prosesində iştirak edib.

Onu da qeyd edək ki, bir müddət öncə Müdafiə Nazirliyinin Maliyyə idarəsinin bir neçə yüksək rütbəli zabitləri külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı həbs edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Prezidentliyə namizəd olmaq istəyən digər 8 nəfər KİMLƏRDİR…

redaktor

Türkiyəni idarə edən zehniyyət haqqında Azərbaycanda inanılan və bir çoxu uydurulmuş hekayələr yavaş-yavaş boşa çıxır.

admin

Kreml: “Diplomatik kanallarla Azərbaycanda saxlanılan rusiyalıların maraqlarını müdafiə edəcəyik”

redaktor