8 C
Bakı
09 Fevral 2026 12:08
Gündəm

Baba Vəziroğlu: “Bakıda bəzi yerlərdə kəndçilik qalır…”

 

“Bəhram Bağırzadə mənim dostumdur. Çox vətənpərvər və koloritli bir insandır. Məhz Bakı koloriti ilə formalaşıb. Mən də onun dostları siyahısındayam və özü də “zır” kəndçiyəm. Deyərdim ki, onun dostlarının bəlkə də 99,9 faizi elə rayondan çıxmış adamlardır”.

Bu sözləri Demokrat.az-a əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. O, qeyd edib ki, Bəhram Bağırzadənin dediklərini bir az o kontekstdən çıxarırlar:

“Mən də onun dediyi fikirlərə qoşuluram. Düşünürəm ki, kənddən Bakıya adaptasiya olunmaq üçün bir müddət lazımdır. Mən 17 yaşından Bakıdayam, hələ indinin özündə, yəni 50 ildən sonra özümü yavaş-yavaş şəhərli hiss etməyə başlayıram. Amma görürəm ki, bəzi yerlərdə bu kəndçilik qalır. Nə yaxşı ki da qalır. Özümü şəhərdə doğulan bir insan kimi göstərim, o alınmaz. Alınsa da, riyakarlıq olar. Burada nə var ki?! İnsanlar da bitkilər kimidir. Öz doğulduğun torpağın havasını udur, suyunu içir və formalaşır. Hazırda şəhərə axın lap çoxdur. Hərdən olur ki, restoranda oturanda görürsən ki, çığırırlar, bağırırlar, məişət söhbətlərini hamıya eşitdirmək istəyirsən. Bu da yerinə düşməyən hərəkətlərdir”.

Tacxeber.com

Oxşar xəbərlər

“18:00-dan sonra xəstəni əməliyyat etmək olmaz” fikrini söyləyən deputata tanınmış terapevtdən maraqlı cavab

admin

Ukrayna Rusiya qüvvələri üçün qəbiristanlığa çevrilib.

redaktor

Əməkdar jurnalistdən Volkova ÇAĞIRIŞ: “Qonaq gələr quş kimi, oturmaz bayquş kimi”

admin