GündəmHadisə

Azərbaycanda daha bir DƏHŞƏTLİ QƏZA: Toya gedən 3 nəfər həlak oldu – FOTO

Ağcabədi Rayonu Xocavənd qəsəbəsi yaxınlığında ağır yol qəzası baş verib.

Medianews.az xəbər verir ki, Kamazla “VAZ” markalı maşınlar toqquşub.

Qəza zamanı “VAZ” markalı maşında 5 sərnişin olub. Onlardan 2 nəfər, 28 yaşlı Nağıyeva Əziz və 23 yaşlı Nağıyev Uğur hadisə yerində vəfat edib. Qeyd olunur ki, vəfat edən Əziz və Uğur bacı-qardaşdırlar. Həmçinin qeyd olunub ki, həmin şəxslər toya gedirmişlər.

Digər xəsarət alanlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan biri isə xəstəxanada vəfat edib, ikisinin vəziyyəti ağır olaraq qalır. Xəstəxanada vəfat edən şəxsin isə hadisə yerində həlak olan Nağıyeva Əzizin həyat yoldaşı olduğu bildirilir. (Medianews.az)

Oxşar xəbərlər

Bakı mənə bu tələbi çatdırdı, imtina etdim – Araik

admin

İstanbulu qana bulayan terrorçudan etiraflar

redaktor

Sürücüyə hücum edən xanım sürücü. – Yolu kəsib maşına zərbələr endirdi – VİDEO

admin