Dünya

Azərbaycanlı gəncin BMT-də vəzifəsi artırıldı

Azərbaycanlı gəncin BMT-də vəzifəsi artırıldı

 

BMT-nin Macarıstanın paytaxtı Budapeştdəki Terrorla Mübarizə Agentliyində proqram meneceri vəzifəsində çalışan Vüqar Allahverdiyevin vəzifəsi artırılıb.

Tacxeber.com-ın əldə etdiyi məlumata görə, o, təşkilatın Filippinin paytaxtı Maniladakı Cənub-Şərqi Asiya üzrə regional nümayəndəliyinin rəhbəri təyin edilib.

V.Allahverdiyev əmək fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayıb, 2014-cü ildə təşkilatın ABŞ-ın paytaxtı Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri çalışıb, 2021-ci ildə Terrorla Mübarizə Agentliyinə təyinat alaraq terrorçuların səyahətlərinin qarşısının alınması üzrə proqrama rəhbərlik edib.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor

Rusiya Giriş Qaydalarını Sərtləşdirir: Azərbaycan Vətəndaşları üçün Nə Dəyişiklik Edəcək?

redaktor