27 C
Bakı
10 Avqust 2025 00:35
Dünya

Netanyahu İranda nümayişçilərin edam edilməsini pisləyib

Netanyahu İranda nümayişçilərin edam edilməsini pisləyib

 

İsrail İranda nümayişçilərin edamını pisləyir, öz ölkələrinin hazırkı hakimiyyətlərinə qarşı çıxan iranlıları dəstəkləyir.

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

“İran rejimi həftəsonu nümayiş keçirən iki gənci edam edib. İsrail bu iyrənc qətlləri qətiyyətlə pisləyir. Biz öz azadlıqları uğrunda qəhrəmancasına mübarizə aparan İran vətəndaşlarını salamlayırıq. Onlar elementar insan hüquqları uğrunda canlarını fəda edirlər, bütün dünyaya Tehrandakı repressiv, öz vətəndaşlarını təhdid edən rejimin əsl simasını göstərirlər”, – Netanyahu bildirib.

İSNA agentliyinin verdiyi məlumata görə, yanvarın 7-də iğtişaşlar zamanı Bəsic İslam milislərinin döyüşçüsünü öldürməkdə təqsirli bilinən iki nəfərə qarşı ölüm hökmü çıxarılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə endirim elanı izdihama səbəb oldu: Müştərilər ayaqlar altında qaldı – VİDEO

redaktor

Ruslar Ukraynanı atəşə tutdu

redaktor

“Real”da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

admin