Cəmiyyət

Vasif Talıbovun “Xan Sarayı” – FOTO

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun evinin fotosu yayılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə jurnalist Aygün Muradxanlı paylaşım edib.
Ötən gün Naxçıvana gedən jurnalist paylaşımında “Vasif Talıbovla müsahibə üçün evinə gəldik. Sonrası… çox aqressiv…”, deyə qeyd edib.

Keçmiş sədrin dəbdəbəli villası sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Xatırladaq ki, Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb. O, dekabrın 21-də vəzifəsindən istefa verib. Daha sonra Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik təsis edib. Ölkə başçısının sərəncamı ilə Fuad Nəcəfli Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Tacxeber.com

 

Oxşar xəbərlər

Bağırsaq florası nədir ?

redaktor

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib – FOTO

redaktor

Yaponiyadan it gətirən, şəxsi çimərliyi olan məmur

redaktor