Gündəm

Məktəbdəki qətlin təfərrüatları: TikTok videolarına görə öldürübmüş…

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsində dünən törədilən qətlin təfərrüatları məlum olub.

Tacxeber APA-ya istinadla xəbər verir ki, 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsinə səbəb həmkəndlisi və həmyaşıdı Rəhman Süleymanovla aralarındakı dava və söyüş olub.

Belə ki, R.Süleymanovun çəkdiyi sosial videolara münasibət zamanı tərəflər arasında münaqişə yaranıb. Yaranmış münaqişə zamanı T.Abdullayev kəsici-deşici alətlə qətlə yetirilib.

Qətlə yetirilən Tuncay Abdullayev bu gün səhər Babək rayon Cəhri kəndində dəfn edilib.

Faktla bağlı Babək rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Siyasi fəal: “Emin Ağalarov və “Sea Breeze” haqda TikTok-da çıxışlarıma görə həbs olunmuşam”

admin

“Ruslar kimi satılmayın”: Kastronun Qərb haqqında tarixi xəbərdarlığı

redaktor

Aydınlıqdan cəhalətə: Azərbaycan ziyalısının faciəsi

redaktor