30 C
Bakı
14 Avqust 2025 17:47
Dünya

KİV: Şimali Koreyada keçmiş nazir və bir neçə diplomat edam edilib

KXDR-in keçmiş xarici işlər naziri Li Yonq Ho və bir neçə diplomat 2022-ci ilin yayında və payızında edam edilib.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, Li Yonq Ho 2016-2020-ci illərdə Böyük Britaniyada səfir kimi çalışıb. Edamın səbəbi də onun fəaliyyətindəki uğursuzluqlar göstərilir.

Li Yonq-ho Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda ölkəsini təmsil edib.

Onunla yanaşı, KXDR Dövlət Şurasının ABŞ üzrə xüsusi nümayəndəsi Kim Hyuk Çol və Xarici İşlər Nazirliyinin daha dörd əməkdaşı da edam cəzasına məhkum olunub. Cəzaya səbəb onların ikinci ABŞ-KXDR sammitində Amerika lideri ilə razılığa gələ bilməmələri olub.

Tacxeber.com

Oxşar xəbərlər

“Dərnəgül“ və “Koroğlu“ arasında 3 yeni stansiya inşa olunacaq

redaktor

Zukerberq dünyanın sonuna hazırlaşır: BUNKER TİKİR – FOTO

redaktor

Türkiyədə “Instagram”ın fəaliyyəti BƏRPA EDİLDİ

redaktor