24 C
Bakı
01 Oktyabr 2026 16:00
Dünya

Rusiya İran silahları ilə yeni hücuma hazırlaşır – Zelenskidən xəbərdarlıq

Rusiya “Şahid” PUA-ları ilə yeni hücumlar planlaşdırır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Yeni il gecəsindən başlayaraq, Rusiya ordusu hava hücumlarını intensivləşdirib:

“Son iki gündə 80-dən çox PUA məhv edilib. Qarşıdakı həftələrdə gecələr sakit keçməyəcək. “Şahid” PUA-ları ilə uzunmüddətli hücumlar planlaşdırırlar. Hər kəs diqqətli olmalıdır”.

Qeyd edək ki, Rusiya son dövrlər Ukraynaya hücumlarında İrandan aldığı “Şahid” PUA-larından geniş şəkildə istifadə edir.

Tacxeber.com

Oxşar xəbərlər

Flydubai pilotu təyyarəni fəlakətdən necə xilas etdi: dramın təfərrüatları

redaktor

205 il ərzində ilk qadın edamı

admin

Marko Rubio İran heyətini ABŞ-dan “qovub”

redaktor