İdman

Ramil Şeydayev dünyada 2022-ci ilin ən yaxşı bombardirləri siyahısında

Ramil Şeydayev dünyada 2022-ci ilin ən yaxşı bombardirləri siyahısında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci il üçün dünyanın ən yaxşı bombardirlərinin siyahısını təqdim edib.

Tacxəbər  qurumun saytına istinadən xəbər verir ki, 67 futbolçunun yer aldığı siyahıda millimizin və “Qarabağ”ın hücumçusu Ramil Şeydayevin adı da var. O, 25 qollla 55-ci pillədə qərarlaşıb. 26 yaşlı futbolçu bu qollardan 18-ni Misli Premyer Liqasında, 4-nü ölkə kubokunda, 1-ni avrokuboklarda, 2-ni isə yığmanın heyətində vurub.

Qeyd edək ki, siyahıya  Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir. O, ötən il 56 qol vurub. Norveç millisinin və “Mançester Siti”nin oyunçusu Erlinq Haaland 46 qolla 2-ci,  Malayziyanın “Johor” klubunun braziliyalı futbolçusu Berqson 46 qolla 3-cü olub. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov İspaniyanın DÇ-2022-dəki uğursuzluğu haqda

admin

Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstana qarşı oynacaq

redaktor

Ronaldonun bacısından klub rəhbərinə qalmaqallı CAVAB: “Özünə hörmət et!”

admin