22.7 C
Bakı
09 İyun 2026 11:32
Dünya

İnsan cəsədlərinin gübrə kimi istifadəsinə icazə verildi

 

Yanvarın 1-də Nyu York ştatının qubernatoru insan qalıqlarının kompostlanmasını qanuniləşdirib.

Bununla da Nyu York ABŞ-də insan qalıqlarının təbii üzvi azaldılmasını qanuniləşdirən altıncı ştat olub.

Qanunu ştatın qubernatoru, demokrat Keti Hoçul imzalayıb.

Kompostlama kimi tanınan bu alternativ dəfn üsulu müəyyən qayda ilə aparılır. Əvvəlcə mərhumun cəsədi ağac yonqarları, yonca və saman kimi bitki materialı ilə birlikdə təkrar istifadə edilə bilən konteynerə yerləşdirilir. Üzvi qarışıq təxminən bir ay ərzində bütün bədən toxumalarını effektiv şəkildə parçalayan təbii mikroblar üçün ideal yaşayış mühiti yaradır.

Nəticə təxminən 0,75 kubmetr qida ilə zənginləşdirilmiş torpaq gübrəsi yaranır ki, bu da təxminən 36 kisə torpaq üçün kifayətdir.

Boş ərazinin az olduğu Nyu-Yorkun rəhbərliyi bunu adi dəfn üçün yaxşı alternativ kimi görür.

Lakin ştatın yepiskoplarının təmsil etdiyi Nyu-York Ştat Katolik Konfransı qanun layihəsinə qarşı çıxıb. Din xadimlərinin fikrincə, insan orqanizmi tərəvəzlə eyni deyil.

Qeyd edək ki, insan kompostunu daha əvvəl qanuniləşdirən ilk ştatlar 2019-cu ildə Vaşinqton, 2021-ci ildə Kolorado və Oreqon, 2022-ci ildə Vermont və Kaliforniya olub.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanın Azərbaycana qarşı vəsatəti rədd edildi

redaktor

Əfqanıstanın ilk və yeganə kosmonavtı – Yadigar Sadıqlı

admin

Ukrayna rəsmi şəkildə Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir

redaktor