Dünya

Ukrayna ordusu İran PUA-larına divan tutdu – Hamısı məhv edildi

Yeni il gecəsi Ukraynanın hava hücumundan müdafiə qüvvələri Rusiyanın 45 “Şahid” tipli dronlarını (İran istehsalı) məhv edib.

Bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə rus işğalçıları İran istehsalı “Şahid-131” və “Şahid-136” kamikadze pilotsuz uçan aparatları (PUA) ilə Ukraynaya hücum ediblər”, – məlumatda bildirilir.

Müxtəlif istiqamətlərdə hücum əməliyyatlarına cəlb olunan 45 İran dronunun hamısı məhv edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Kiyev üçün təhlükəsizlik təminatları və Çinin nüvə silahı çağırışı

admin

Tramp Putinin Krım körpüsünə hücumdan necə qəzəbləndiyini təsvir etdi

redaktor

Putin: “Bundan sonra nə olacağını yalnız Allah bilir”

redaktor