27 C
Bakı
16 Avqust 2026 10:38
Dünya

Maraqlı yeni il adətləri – Boşqab sındırmaq, əşyaları çölə atmaq…

Dünyanın bir çox ölkələri Yeni ili fərqli şəkildə qarşılayır. Onlar müxtəlif adətlərlə yeni təqvim ilinə qədəm qoyurlar.

Tacxeber.com qafqazinfo-ya istinadla dünyanın müxtəlif ölkələrinin Yeni il adətlərini təqdim edir:

İspaniyada Yeni ildən dərhal sonra 12 zəng çalınır. Vətəndaşlar isə hər zəng çalanda əllərində tutduqları 12 üzümü yeyirlər.

İngiltərədə insanlar 31 dekabrda soyuq dənizdə üzür və dalğalara qarşı durmağa çalışırlar.

Danimarkada Yeni ildə bəxti gətirmək istəyən hər kəs evinin qarşısında boşqab sındırır.

Çilidə yeni il qabağı bütün evi süpürmək bədbəxtliyi süpürmək deməkdir.

Yaponiyanın Kioto şəhərində yüzlərlə Santa Yeni il marafonunda yarışır.

İtaliyanın Urbaniya şəhərində cadugər qiyafəsində olan xalalar uşaqlara konfet paylayırlar.

Cənubi Afrikada Yeni ilə girərkən hər kəs köhnə ev əşyalarını pəncərədən çölə atır.

Oxşar xəbərlər

Xumargözlü Zaxarova Türkiyəni hədələdi

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Taliban Əfqanıstanı qadınlar üçün cəhənnəmə çevirib

redaktor