24 C
Bakı
30 Sentyabr 2026 15:37
Dünya

Çavuşoğlu Pelenin dəfn mərasiminə qatılacaq

Çavuşoğlu Pelenin dəfn mərasiminə qatılacaq

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi braziliyalı futbolçu Pelenin yanvarın 2-də Santosda baş tutacaq dəfn mərasimində iştirak edəcək.

Diplomatik mənbələrdən alınan məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edəcək nazir M.Çavuşoğluna Pelenin dəfn mərasimində iştirak etməyi tapşırıb.

Qeyd edək ki, Pele kimi tanınan və futbol tarixində böyük uğurlara imza atmış futbolçu Edson Arantes du Nasimento dekabrın 29-da müalicə olunduğu San-Pauludakı xəstəxanada vəfat edib.

Tacxeber.com

Oxşar xəbərlər

Trampın ticarət siyasəti ölkələri ABŞ-a investisiyaya məcbur edir

redaktor

Netanyahu, Flydubai reysi ilə bağlı hadisədən sonra açıqlama verib

redaktor

Rusiyalı pilot və ukraynalı ikinci pilot Flydubai reysində dava etdilər: nə məlumdur?

redaktor