32 C
Bakı
12 Avqust 2026 16:16
Dünya

2023-cü ilə ballistik raket ataraq girdilər

 

Şimali Koreyanın 2023-cü ilin ilk saatlarında ballistik raket sınağı həyata keçirib.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya və Yaponiya məlumat yayıb.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, qısa mənzilli ballistik raket yerli vaxtla saat 02:50 radələrində Ryonqson bölgəsindən buraxılıb.

Yapon dənizi (Şərq dənizi) istiqamətində atılan ballistik raket havada 400 km məsafə qət etdikdən sonra dənizə düşüb.

“Hərbçilərimiz Şimali Koreyanın təxribatlarına çox güclü cavab vermək qabiliyyətinə əsaslanaraq möhkəm hazırlıq vəziyyətindədir”, – Cənubi Koreyanın bəyanatında deyilir.

Yaponiyanın müdafiə naziri Hamada Yasukazu təxminən 100 km yüksəkliyə çatan raketin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyünü təsdiqləyib.

Yaponiya hökuməti raket sınaqlarından sonra Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya diplomatik etiraz məktubu göndərib.

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev Zəngəzur dəhlizinin istifadəyə verilməsini kimin gecikdirdiyini açıqladı

redaktor

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor

Azərbaycan da Türkmənistan kimi?

redaktor