22.8 C
Bakı
10 İyun 2026 01:26
Dünya

Hava limanında şübhəli çanta: 4 insan kəlləsi AŞKARLANDI

Meksika hava limanının əməkdaşları bağlamada insan kəllələri tapıblar.

Bu barədə ölkənin Milli Qvardiyası öz tviter hesabında məlumat yayıb.

Bildirilib ki, hadisə Queretaro şəhərinin hava limanında baş verib. Hava limanının əməkdaşları kuryer şirkəti tərəfindən göndərilən bağlamalara baxış keçirərkən orada kəllə sümükləri aşkarlayıblar. İnsan qalıqları plastik və folqa ilə bükülü olub.

Sümüklər hüquq-mühafizə orqanları tərəfindən götürülüb. Faktla bağlı araşdırma aparılır. (konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlı hərbi ekspert İrəvandakı evinə xəlvəti getdi .

admin

Rusiyanın Orenburq vilayətində 6300-dən çox ev su altında qalıb.

admin

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

redaktor