26 C
Bakı
11 Avqust 2025 03:19
Dünya

ABŞ və Çin qırıcıları havada qarşılaşdı: İnanılmaz görüntülər – VİDEO

Cənubi Çin dənizində Çinə məxsus hərbi təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə 3 metrdən də az məsafədə yaxınlaşıb. Qarşı tərəf beynəlxalq hava məkanında toqquşmamaq üçün yayınma manevrlər etmək məcburiyyətində qalıb.

Bu barədə ABŞ ordusunun bəyanatından məlum olub.

Sənəddə bildirilir ki, Çin Hərbi Dəniz Qüvvələrinə məxsus J-11 döyüş təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 strateji kəşfiyyat təyyarəsinin iştirak etdiyi insident dekabrın 21-də baş verib.

“Biz Hind-Sakit Okean regionundakı bütün ölkələrin beynəlxalq hava məkanından təhlükəsiz və beynəlxalq hüquqa uyğun istifadə etmələrini gözləyirik”, – deyə ABŞ rəsmiləri əlavə edib.

Daha bir mənbədən bildirilib ki, Birləşmiş Ştatlar insidentlə bağlı Çin hökuməti qarşısında məsələ qaldırıb.

Tacxeber.com

Oxşar xəbərlər

İlon Mask yeni elektromobili TƏQDİM ETDİ: Sükanı və pedalları yoxdur – FOTO/VİDEO

redaktor

Türkiyədə zəlzələ anı: səmadakı parıltı nədir? – Video

admin

Kadırov əmr verib, çeçenlər gözləyirlər: Rusiya parçalanacaq – SENSASİYA

redaktor